01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şevçenko: “Birinci” kanal erməni puluna şərəfini satıb - Video

01.11.2022

Rusiyanın tanınmış siyasi eksperti, jurnalist Maksim Şevçenko Rusiyanın "Birinci” kanalında müxtəlif siyasi tok-şoulara çağırılan erməni qonaqlar ilə bağlı sərt fikir söyləyib.

"DM" xəbər verir ki, bu barədə Şevçenko sosial şəbəkələr vasitəsi ilə videomüraciəti zamanı bildirib.

"İllər əvvəl işlədiyim "Birinci” kanala sualım var. Mən hər şeyi başa düşürəm, sizin pula ehtiyacınız var. Buna görə də erməni lobbisi gəlir və maddi cəhətdən sizə kömək edir. 2014-cü ildən bəri "Birinci” kanalın hər tok-şousunda o dövrdə heç kimə məlum olmayan bir-iki erməni ekspert görünməyə başladı, onlar rus xalqı adından danışırdılar. İndi də elə danışırlar. Ukrayna-Rusiya münasibətlərini müzakirə edirlər. Biz ruslar millətçi deyilik, başqa millətlərə hörmətsizlik etmirik. Amma bunu bizə qarşı edirlər. Bəziləri şərəfini pula satır!” - deyə ekpert qeyd edib.