01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dünya Bankı: 2025-ci ilə kimi buğdanın qiyməti 405 dollara düşəcək

01.11.2022

Qlobal əmtəə bazarlarında buğda 2025-ci ilə kimi ucuzlaşacaq.

"DM" xəbər verir ki, bu barədə Dünya Bankının (DB) hesabatında bildirilib.

Bankın proqnozuna görə, bu ilin sonuna kimi buğdanın dünya bazarlarında qiyməti hər ton üzrə 430 dollar (aprel proqnozu ilə müqayisədə 20 bənd az) təşkil edəcək ki, bu da 2021-ci illə müqayisədə 36,4% çoxdur.

Dünya Bankının proqnozuna görə, 2023-cü ildə buğda 410 dollara (aprel proqnozu ilə müqayisədə 30 bənd çox), 2024-cü ildə isə 405 dollara ticarət ediləcək.

"Buğdanın qiymətləri 2022-ci ilin üçüncü rübündə təxminən 20 faiz aşağı düşüb, lakin onlar hələ də bir il əvvəlki qiymətdən yüksəkdir. Ötən mövsüm Argentina və Ukraynada azalmalar (hər ikisi əkin sahələrinin azalması səbəbindən) Avstraliya, Kanada və Rusiya da daxil olmaqla əsas ixracatçılarda gözləniləndən yüksək məhsuldarlıqla kompensasiya ediləcək. Heyvan yeminə gözləniləndən daha zəif tələbat səbəbindən buğdanın qlobal istehlakının 0,5 faiz azalacağı gözlənilir. Nəticədə, anbarların istifadə səviyyəsi keçən mövsümlə müqayisədə təxminən dəyişməyərək 0,34 səviyyəsində qalacaq”- deyə Bankın hesabatında qeyd edilib.