02 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

KTM: Son üç ayda 300-dən çox şəxsi it dişləyib - FOTO

01.11.2022

Son 3 ayda Kliniki Tibbi Mərkəzə it dişləməsindən 321 nəfər müraciət edib.

"DM" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat paylaşıb.

O bildirib ki, müraciət edən hər bir şəxsə vaksin vurulduqdan və ilkin tibbi yardım göstərildikdən sonra qeydiyyatda olduğu ərazi üzrə müvafiq tibb müəssisəsinə yönləndirilib.

Bu dövr ərzində it dişləməsi ilə bağlı müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb.

Mütəxəssislər bildirirlər ki, itlərin, xüsusilə sahibsiz itlərin insanları dişləməsi təhlükəlidir. İt dişləməsinə məruz qaldıqda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan tibb müəssisəsinə müraciət edilməlidir. Çünki it dişlədikdən sonra peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir.

Qeyd edək ki, quduzluq çox ağır xəstəlik hesab edilir. Heç vaxt öz-özünə sağalmır, vaxtında müalicə aparılmasa insan ölümünə də səbəb olur. Bu baxımdan ən vacib məsələ quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır.