Akar Şoyqu ilə danışacaq 
    
                          
     
                         31.10.2022
 
    
                        Türkiyənin milli müdafiə naziri Hulusi Akar axşam saatlarında rusiyalı həmkarı Sergey Şoyqu ilə taxıl müqaviləsi ətrafında vəziyyəti müzakirə etməyi planlaşdırdığını bildirib.
"DM" xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
"Biz Ukrayna rəsmiləri ilə də danışıqlar aparırıq, axşam isə Rusiyanın müdafiə naziri cənab Şoyqu ilə danışıqlar aparacağıq. Həmişə olduğu kimi, sülh, barışıq və işlərin normal gedişi naminə işimizi davam etdiririk”, - məlumatda qeyd olunub.