03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ukraynalı hərbi müxbir: “Rusiya bütün cəbhə xəttini bloklamaq istəyir”

31.10.2022

"Rusiyanın 67-ci əlahiddə xüsusi təyinatlı radiotexnika alayından 10-12 qrup Leninqrad vilayətindən Ukrayna ərazisinə keçirilir. Bu qrupların hər birinin əsas funksiyası döyüş zonasında mobil rabitə siqnallarının ələ keçirilməsidir”.

Bu barədə ukraynalı hərbi müxbir Andrey Saplienko öz mənbələrinə istinadən məlumat verib. Onun sözlərinə görə, qrup iki ixtisaslaşdırılmış maşından və 12-yə qədər hərbçidən ibarətdir.

Hərbi qrupun tutduğu mövqeləri əks etdirən xarakterik əlamətlər var ki, bunlar bir ixtisaslaşdırılmış maşının ətrafında perimetr boyunca yerləşdirilən səkkiz anten cihazıdır. Bir qrupun əhatə dairəsi 200 km-ə qədərdir. Yəni bütün cəbhə xəttini mümkün qədər bloklamaq istəyirlər. Siqnal mənbəyinin təyin edilməsinin dəqiqliyi 200 metrə qədərdir.

Mənbə: UNİAN "Telegram”