Bərdədə kafedə iki nəfər güllələnib  
    
                          
     
                         31.10.2022
 
    
                        Bərdədə kafedə iki nəfər güllələnib.
"DM" xəbər verir ki, hadisə rayonun Bala Qəjər kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı həmkəndliləri Sərxan Əsədov və kafenin sahibi Eldar Məmmədova ov tüfəngindən atəşə açıb. Nəticədə ağır yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasında çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.