05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Çavuşoğlu Qarabağda açılan aeroportların əhəmiyyətindən DANIŞIB

31.10.2022

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın işğaldan azad olunan bölgələrində açılan hava limanlarının əhəmiyyətindən danışıb.

Bu barədə o, Akdeniz Universitetində tələbələrlə görüşdə bildirib:

"Can Azərbaycana verdiyimiz dəstəklə Cənubi Qafqazda 30 illik işğal başa çatdı. Prezidentlərimizin imzaladığı Şuşa Bəyannaməsi ilə əlaqələrimiz müttəfiqlik səviyyəsinə qalxdı. Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında aparılan inkişafın şahidi oluruq.

Bu torpaqlarda avqusta Füzuli, oktyabrda Zəngilan Hava Limanının açılması ilə dünya ilə əlaqə yarandı. Biz ora universitetlərimizdən təcrübə keçənləri də göndərdik ki, onlar da diplomatlarımızla birgə tarixə şahidlik etsinlər”, - o bildirib.