05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Perinçək: Rusiya Türkiyə üçün yeni imkanlar açır

31.10.2022

Bu gün Qərbin sanksiyaları təkcə Rusiyaya yox, həm də bəşəriyyətə, ilk növbədə Rusiya ilə sıx iqtisadi əlaqələri olan ölkələrə mənfi təsir edir.

Bu sözləri  tarix elmləri doktoru, İstanbul Universitetinin professoru, türkiyəli politoloq Mehmet Perinçək deyib.

"ABŞ-ın sanksiyaları Qərbin özünə daha çox ziyan vurur. Bu yaxınlarda İngiltərənin "Ekonomist” jurnalında əsas məqaləni oxudum. Yazırlar ki, Qərbin iqtisadi durumu fəlakətli vəziyyətdədir, Rusiya iqtisadiyyatı isə inkişaf edir. Ona görə də hazırda sanksiyalarda uduzan Qərbin özüdür. Bütün Qərb ölkələri bu qış enerji böhranından necə çıxa biləcəklərini müzakirə edirlər. Amma digər tərəfdən, bu sanksiyalar bəzi ölkələr, xüsusilə Türkiyə üçün yeni imkanlar açdı.

Hazırkı məqamda Ankara Moskvanın iqtisadi, ticarət, turizm, enerji və maliyyə partnyoru ola bilər. Əgər Türkiyə bu imkanlardan yararlanarsa, o zaman ölkənin iqtisadiyyatı çox sürətlə inkişaf edər və bu yolla enerji təhlükəsizliyini təmin edə bilər. Rusiya ilə əməkdaşlıqla o, enerjini daha ucuz qiymətə əldə edər - həm özü istifadə edər, həm də tranzit ölkə kimi gəlir götürər. Bu əməkdaşlıq təkcə Rusiya və Türkiyə üçün deyil, həm də Avropa üçün faydalı olacaq. Çünki Avropanın Rusiya qazına ehtiyacı var. Avropa amerikapərəst siyasəti nəticəsində çox şey itirdi. Hazırda Türkiyə-Rusiya əməkdaşlığı avropalılara yeni imkanlar və səhvlərini düzəltmək üçün şans verir.

Düşünürəm ki, belə bir layihə və plan bütün region ölkələr, Türkiyə və Rusiyanın bütün qonşuları, eləcə də birtərəfli sanksiyalardan əziyyət çəkən avropalılar üçün faydalı olacaq. Bu məqamda yeni dünyanın formalaşdığını bir daha sübut edən Astanada keçirilən Sammiti də unutmaq olmaz. İndi biz birqütblü deyil, çoxqütblü dünyada yaşayırıq. Artıq Fars körfəzi ölkələri - Qətər, BƏƏ, Səudiyyə Ərəbistanı Amerika siyasətindən imtina edib. Bu, onların üstünlüyüdür”, - politoloq deyib.