05 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan: “Türkiyə əsri”ni ortaq gələcəyimizin vizyonu olaraq görürük

31.10.2022

Keçdiyimiz günlərdə təqdim etdiyimiz "Türkiyə əsri” ortaq gələcəyimizin vizyonu olaraq görürük.

"DM"-nın  verdiyi xəbərə görə, bu barədə İstanbulda keçirilən Türk Tibb Dünyası Konqresində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib

O qeyd edib ki, Türkiyə Balkanlardan Orta Asiya, Qara Dənizdən Afrikaya qədər dostları ilə ortaq xəyallarını paylaşır.

"Səhiyyə sistemini "Türkiyə əsri”mizin ən iddialı sahələrindən birini olaraq təyin etdik. Vətəndaşlarımızın istehlak etdiyi hər 100 dərmandan 89-nu yerli istehsalla təmin edirik. Məqsədimiz "Türkiyə əsri” vizyonu çərçivəsində "Health Türkiye” brendi ilə ölkəmizi beynəlxalq səhiyyə xidmətləri sahəsində zirvəyə çatdırmaqdır”.

Ərdoğan həmçinin əlavə edib ki, Türkiyə COVİD-19 pandemiyası ilə həm öz vətəndaşlarına xidmət göstərərək, həm də 161 ölkə və 12 beynəlxalq təşkilata kömək etməklə mübarizə aparıb.