04 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Gəncədə sərnişin avtobusu qəzaya düşüb: Yaralılar var

31.10.2022

Göygöl-Gəncə yolunda "İsuzu” markalı sərnişin avtobusu qəzaya uğrayıb.

"DM" xəbər verir ki, hadisə zamanı avtobus VAZ-2107 və "Volkswagen Passat” markalı avtomobillərlə toqquşub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov sorğumuza cavab olaraq bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə qəza ilə bağlı müvafiq məlumat daxil olub:

"Dərhal Dövlət Yol Polis şöbəsinin əməkdaşları həmin əraziyə gəlib və hərəkətin təmin olunmasını bərpa ediblər. Hələlik sərnişinlərdən beşinin xəstəxanaya müraciət etməsi məlumdur.

Faktla bağlı araşdırmalar aparılır. Əlavə məlumat veriləcək”.