29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya İrandan daha çox kənd təsərrüfatı məhsulu alacaq

31.10.2022

Rusiya-İran ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclası çərçivəsində iki ölkə arasında kənd təsərrüfatı sahəsində bir sıra sazişlər imzalanıb.

Bu barədə bazar günü İranın kənd təsərrüfatı nazirinin müavini Möhsün Şirəvənd məlumat verib.

"İran və Rusiya bu gün bir sıra sahələrdə əməkdaşlığa dair bir neçə sənəd imzalayıblar ki, bu da İranın kənd təsərrüfatı məhsullarının ixracına və onun şaxələndirilməsinə həlledici təsir göstərəcək”, - deyə o, bildirib.

Nazir müavini həmçinin ümidvar olduğunu bildirib ki, imzalanmış sazişlər kənd təsərrüfatı məhsullarının standartları ilə bağlı mövcud fikir ayrılıqlarını azaltmağa kömək edəcək.

Qeyd edək ki, oktyabrın 30-dan noyabrın 1-dək Rusiyada ticarət-iqtisadi əməkdaşlıq üzrə Rusiya-İran komissiyasının iclası keçirilir. İran nümayəndə heyətinə neft naziri Cavad Ouci başçılıq edir, komissiyanın Rusiya tərəfdən həmsədri isə baş nazirin müavini Aleksandr Novakdır. Görüş çərçivəsində Moskva və Tehran arasında bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Mənbə: TASS