29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Polşa ordusu "Bayraktar"ların ilk partiyasını əldə edib

28.10.2022

Türkiyə istehsalı olan "Bayraktar TB-2" pilotsuz uçuş aparatlarının (PUA) ilk partiyası Polşaya çatdırılıb.

"DM" xəbər verir ki, Polşa televiziyası PUA-ların təntənəli surətdə təqdim edilməsi mərasimini yayımlayıb.

PUA-lar Polşanın Miroslavts şəhərindəki hərbi bazada təqdim edilib.

Həmçinin o da əlavə olunub ki, müqavilənin ümumi dəyəri 270 milyon dollardır.

"Bayraktar TB2" PUA-ları həm kəşfiyyat, həm də zərbə funksiyasını yerinə yetirəcək.

Polşa Baş nazirinin müavini, milli müdafiə naziri Mariuş Blaşak polşalı hərbçilərin Türkiyədə təlimlər keçərək PUA-ların idarəetməsini öyrəndiyini deyib.

"Müasir ordunu dronsuz təsəvvür etmək mümkün deyil”, - o əlavə edib.