29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Zahidanda vəziyyət gərginləşir

28.10.2022

Zahidada etirazlar başlayıb. Əhali cümə namazından sonra ətraf küçələrdə etiraz aksiyası keçirir.

"DM" xəbər verir ki, aksiyada etirazçılar "Xameneiyə ölüm” şüarı səsləndirir.

Qeyd edək ki, cümə namazı üçün gələnlər Məki məscidinə yerləşmədiyinə görə iştirakçılar ətraf küçələrdə namaz qılmağa məcbur olub.

Bu gün Zahidanda qılınan cümə namazı Zahidan imam cüməsi Mövləvi Əbdülhəmidə dəstək məqsədi daşıyıb. Son günlərdə Mövləvi Əbdülhəmi bəlucları dəstəkləməsinə və Zahidanda ölənlərdən Xameneini sorumlu tutmasına görə bəzi radikal din xadimləri və siyasilər tərəfindən ölümlə hədələnmişdi.

Dünəndən İran rəsmiləri Zahidan şəhərinə çoxlu sayda hərbi və xüsusi təyinatlı qüvvələr göndərib. Bu gün şəhərdə etiraz aksiyalarına xeyli insanın qatılacağı bildirilib.