29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

TDT-nin nümayəndələri Şuşada tarixi abidələri ziyarət ediblər - FOTO

28.10.2022

Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısının iştirakçılarının Şuşa şəhərinə səfəri davam edir.

"DM" xəbər verir ki, nümayəndə heyəti Şuşa şəhərində erməni vandalizminin izləri və şəhərin işğaldan azad edilməsilə Azərbaycanın həyata keçirdiyi quruculuq işləri ilə tanış olmaq üçün şəhərdə gəzintiyə başlayıblar.

Onlar Şuşa qalası, Bülbülün ev müzeyi, Cıdır düzü, Güllələnmiş heykəllər kimi Şuşaya məxsus bir sıra tarixi abidələri ziyarət ediblər.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Audiovizual Media üzrə Tənzimləyici Orqanlarının 1-ci Toplantısının iştirakçıları bu gün Şuşa şəhərinə səfərə gəliblər.