29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tehrandan Frankfurta uçan təyyarədə iranlının meyiti tapılıb

28.10.2022

"Lufthansa” şirkətinə məxsus "Airbus” təyyarəsinin təkər hissəsində bu gün kişi meyiti tapılıb.  

Bununla bağlı Almaniya polisi açıqlama verib.  

Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.

Təyyarə cümə axşamı günü səhər saatlarında Tehrandan Almaniyanın Frankfurt şəhərinə uçub.

"Lufthansa” öz işçilərinə hadisə ilə bağlı elektron məlumat göndərib. Məlumatda Tehrandan Frankfurta gələn şirkətin təyyarəsinin şassisində meyitin tapıldığı bildirilib və Tehrandan gediş-gəliş istiqamətində bütün uçuşların müvəqqəti olaraq dayandırıldığı qeyd edilib.

Alman polisi xəbər verib ki, hava limanının ekipajı iranlı kişinin meyitini uçuşdan sonra təmir-texniki baxış keçirərkən aşkar edib.

Almaniya Federal Polisi əlavə edib ki, meyit ötən gün təyyarənin korpusunda yoxlama işlərinə başlandıqdan dörd saat sonra tapılıb.