29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Korrupsiyada ittiham olunan vəzifəli şəxs işdən çıxarılıb

28.10.2022

"Mədəniyyət Nazirliyinin tapşırığı və İsmayıllı Regional Mədəniyyət İdarəsinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin "c” bəndinə əsasən işçilərin mənafeyini qorumaq və əmək intizamını təmin etmək məqsədilə Mərkəzin direktor müavini Lalə Novruzova işdən kənarlaşdırılıb”.

Bunu Mədəniyyət Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, Mədəniyyət Nazirliyinin əmri ilə Şamaxı İncəsənət Təhsil Mərkəzində aparılmış xidməti araşdırma nəticəsində aşkarlanan cinayət əlamətləri olan məlumatlar qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə hüquq-mühafizə orqanına təqdim edilib.

Hazırda Şamaxı İncəsənət Təhsil Mərkəzinin direktor müavini Novruzova Lalə Məmməd qızının təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatındadır.

Eyni zamanda bildirilib ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin fəaliyyətinin nizama salınması və mövcud olan neqativ halların aradan qaldırılması ilə bağlı komissiya yaradılıb, hazırda komissiya tərəfindən sözügedən Mərkəzdə lazımi tədbirlər həyata keçirilir.