02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran Zahidana qüvvə yeridib

28.10.2022

İranın Zahidan şəhərinin polis rəisi, eləcə də şəhərin Məkki məscidinin yanındakı 16-cı polis bölməsinin rəisi işdən qovulub.

"DM" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Bunun səbəbi "bəzi məmurların özbaşınalığı” kimi göstərilib.

Sistan və Bəlucistan Əyalət Təhlükəsizlik Şurası bu barədə bəyanat yayıb. Bəyanatda cümə günü, Mehr ayının 8-i dindarlara və etirazçılara qarşı atəşin açıldğı etiraf edilib və bu, bəzi məmurların səhlənkarlığı kimi qələmə verilib. Bəyanatda səhlənkarlığa yol verən polislərin işdən azad edilməsi və zərərçəkmişlərə təzminatın verilməsi məsələsinə də toxunulub.

Cümə axşamı, axşam saatlarında Zahidanın Məkki məscidində din xadimləri və tanınmış sünni alimlərin böyük toplantısının keçirilməsi ilə bağlı bir neçə xəbər yayılıb. Toplantıda Məkki məscidinin cümə imamı, tanınmış din xadimi Mövləvi Abdul Həmidə güclü dəstək nümayiş etdirilib. Məsciddə toplanan din xadimləri bu gün (cümə günü) cümə namazında bu birliyi əyani göstərəcəklərini qeyd ediblər.

İran rəsmiləri din xadimlərinin bu toplantıda verdiyi bəyanatlardan və sünni əhalinin onların arxasında olmasından ciddi şəkildə təşvişə düşüblər. Bu səbəbdən polis əməkdaşlarını işdən azad etməklə əhalinin narazılığını aradan qaldırmağa çalışırlar.

Digər tərəfdən dünəndən çox saydə təhlükəsizlik və xüsusi təyinatlı qüvvələr Zahidan şəhərinə göndərilib.