Əsir düşən rus əsgəri ağlayaraq şikayət edib - Video 
    
                          
     
                         28.10.2022
 
    
                        					Ukraynada əsir düşən rus döyüşcüsü Maksim Spitsinə Rusiya Silahlı Qüvvələrində xidmət şəraiti ilə bağlı sual verilərkən göz yaşlarına boğulub.
"DM" xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Spitsin oktyabrın 3-də Rusiya ordusuna səfərbər olunduğunu deyib.
O, rus əsgərlərinə köhnə sovet silahları və Çeçen müharibəsindən qalma köhnə gülləkeçirməz jiletlər verildiyindən şikayətlənib.
Ondan Ukrayna hərbçiləri tərəfindən döyüldüyünü soruşduqda, "Yox, bizi yedizdirdilər. Siqaret çəkdik. Bizə şirniyyat, çörək, su verdilər" deyərək ağlayıb.