03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qantz Ərdoğana təşəkkür edib

28.10.2022

İsrailin müdafiə naziri Benni Qantz və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı bir sıra strateji məsələlər, iki ölkənin Yaxın Şərq və Şərqi Aralıq dənizində sabitlik, firavanlıq və təhlükəsizlik işinə sadiqliyi müzakirə edilib.

"DM" xəbər verir ki, bu barədə "Tayms İsrail” məlumat yayıb.

Görüşdə Qantz Türkiyə hakimiyyətinə İstanbulda israilli turistləri öldürməyi və ya qaçırmağı planlaşdıran İran vətəndaşlarının silsilə hücumlarının qarşısını ala bildiyinə görə Ərdoğana təşəkkür edib:

"Bu antiterror fəaliyyəti əməkdaşlığın gücləndirilməsi və ölkələr arasında rəsmi müdafiə əlaqələrinin bərpası imkanları baxımından böyük əhəmiyyət kəsb edir”.

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşdən sonra verdiyi açıqlamada Qantz bildirib ki, iki ölkə əlaqələrinin çətinliyə düşdüyü heç kimə sirr deyil:

"Lakin son on ildə ilk dəfə baş tutan əlamətdar səfər gələcək müsbət inkişaflar üçün açıq bir siqnaldır. Türkiyənin ilk beş ticarət tərəfdaşımızdan biri olduğunu elan etməkdən məmnunam. İqtisadi əlaqələrimiz illər ərzində inkişaf edib. Diplomatik cəbhədə səfirlərimizin qayıdışı bu gün bizim üçün zəmin yaratdı. Qapılar açılıb və ticarət, turizm, sənaye və digər sahələrdə əməkdaşlıq üçün böyük potensial var. Türkiyə və İsrail zəngin tarixə malik təməllər üzərində müasir qabaqcıl cəmiyyətlər qurmuşlar. İnanıram ki, günahsız dinc əhaliyə qarşı terroru dəstəkləməklə və ya həyata keçirməklə regionlarımızda sabitliyi pozanların təsirini azaltmaq üçün birlikdə daha çox şey etmək olar”.