09 10 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Stoltenberq Meloni ilə Ukraynanı müzakirə edib

27.10.2022

NATO Baş katibi Yens Stoltenberq və İtaliya Baş naziri Ciorcia Meloni arasında telefon danışığı olub.

"DM" xəbər verir ki, bu barədə Stoltenberq "Twitter"də bildirib.

"İtaliya NATO-nun çəkindirmə siyasətinə və müdafiəmizə mühüm töhfələr verən sadiq müttəfiqdir və Ukraynaya dəstək verən aparıcı müttəfiqdir”, Stoltenberq vurğulayıb.

Baş katib qeyd edib ki, NATO Ukraynanın özünümüdafiəsini dəstəkləməkdən çəkinməyəcək və nə qədər lazımdırsa, bu ölkəyə dəstək verəcək.

ANSA agentliyinin verdiyi məlumata görə isə, İtaliya hökumət başçısı ölkəsinin Rusiyanın təcavüzünə qarşı Ukraynaya tam dəstəyini və qlobal yanaşma fonunda NATO-nun bütün strateji istiqamətlərdən gələn müxtəlif növ təhlükələrə qarşı mübarizədə öhdəliklərin artırmasının vacibliyini təsdiqləyib.