Özbəkistan XİN  İran PUA-ları ilə bağlı açıqlama verib 
    
                          
     
                         27.10.2022
 
    
                        					Özbəkistanda İrana məxsus pilotsuz uçuş aparatlarının (PUA) yığılması barədə xəbərlərin hamısı yalandır.
"DM" xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində bu barədə məlumat yayılıb.
Nazirlik onu da qeyd edib ki, Özbəkistan İranla hərbi-texniki sahədə heç bir əməkdaşlıq etmir.
Xatırladaq ki, Ukraynadan olan jurnalist İsrail iş adamı ilə müsahibəsi zamanı Özbəkistanda İran PUA-larının yığılması xəbərini yaymışdı.