03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

IEA: 2030-cu ilə kimi Rusiya qazından asılılığ sıfıra endiriləcək

27.10.2022

2030-cu ilə kimi Avropa İttifaqı ölkələrinin Rusiya qazından asılılığı sıfıra endiriləcək.

"DM" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyindən (IEA) bildirilib. Agentlik hesab edir ki, Avrozona qaz idxalçıları mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üçün yeni qurğular inkişaf etdirməklə yanaşı, mövcud qurğularla daşımaları maksimum dərəcədə artıracaqlar. "LNG idxalı 2022-27-ci illərdə illik orta hesabla 140 milyard kubmetr təşkil edəcək. Bu da Aİ-nin qeyri-Rusiya idxal tələblərinin demək olar ki, 60%-ni qarşılayır. Bunun 40 milyard kubmetri ABŞ-ın payına düşəcək. Norveçdən qaz idxalı illik təxminən 60 milyard kubmetrə qədər azalır. Əlcəzair və Azərbaycandan isə əlavə boru kəmərləri çəkiləcək", - deyə IEA-nın açıqlamasında qeyd edilib