03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Akar: "Türkiyə və İsrail bölgədə önəmli aktorlardır"

27.10.2022

"Türkiyə Prezidentinin İsrail Prezidenti və Baş naziri ilə qarşılıqlı görüşləri Türkiyə ilə İsrail arasındakı əlaqələr baxımından mühüm dönüş nöqtəsi oldu”.

"DM" xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Ankarada rəsmi səfərdə olan israilli həmkarı Benni Qantzla birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə və İsrail bölgədə önəmli aktorlardır: "Eyni zamanda, bizim dərin tarixi və mədəni əlaqələrimiz var. Türkiyə ilə İsrail arasında əlaqələr və ortaq dəyərlər var. Bildirmək istərdim ki, Türkiyə olaraq İsraillə münasibətlərimizin və əməkdaşlığımızın, xüsusilə müdafiə, təhlükəsizlik və enerji kimi sahələrdə inkişafı regional sülh və sabitliyə əhəmiyyətli töhfələr verəcək”.

Akarın sözlərinə görə, Türkiyə tərəfi bütün məsələlər üzrə tələb və mövqelərini qarşı tərəfə çox açıq şəkildə çatdırıb: "Yeni başlayan bu dövrdə biz də mövcud təcrübələrimizdən yararlanaraq bu məsələlərlə bağlı münasibətlərimizi necə inkişaf etdirə biləcəyimizə dair fikirlərimizi bölüşdük. İnanırıq ki, ikitərəfli əməkdaşlığımızın və dialoqumuzun artması bəzi məsələlərin həllini də asanlaşdıracaq. Bu səfər sayəsində əlaqələrimiz daha da inkişaf edəcək, dialoqumuz daha da yaxşılaşacaq”.