02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəhid qardaşının pulu bu cür oğurlanıb

27.10.2022

Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı dələduzluq edilib.

"DM" xəbər verir ki, bununla bağlı kibertəhlükəsizlik üzrə ekspert Fərid Pərdəşünas məlumat yayıb.

O bildirib ki, şəhidin qardaşı Sənan Əhmədova xarici nömrədən gələn zənglə yardım ediləcəyi deyilib və kart məlumatları istənilib.

"Kart məlumatlarını verdikdən sonra Sənandan 3D təhlükəsizlik kodu da alınıb. Nəticədə kartda olan bütün pullar oğurlanıb. Polis məsələni araşdırır. Lakin ehtimal edirəm ki, dələduzluq yenə də ölkə xaricindən baş verib və geri qayıtma ehtimalı çox azdır. Dələduz özünü bloger Hüseyn Həsənovun qohumu kimi təqdim edib. Sənanı aldatmaq üçün "Getcontact"da zəng etdiyi nömrəni "Quseyn Qasanovun Qoxumu" kimi qeyd edib”, - Pərdəşünas deyib.