02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Zatulin və Simonyanla bağlı İrəvana sorğu verib

27.10.2022

Rusiya Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Konstantin Zatulin və ölkənin aparıcı informasiya agentliyinin rəhbəri Marqarita Simonyanın Ermənistana girişinə qadağa qoyulması məsələsinin aydınlaşdırılması üçün rəsmi İrəvana müraciət edib.

"DM" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, məlumat təsdiqlənəcəyi təqdirdə bu, Moskva ilə İrəvan arasında dostluq və müttəfiqlik münasibətlərinə uyğun hərəkət kimi qiymətləndirilməyəcək.

Qeyd edək ki, K.Zatulin və M.Simonyan Ermənistan üçün persona-non-qrata elan olunub. M.Simonyan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək, Teleqram kanalında yazmışdı: "Cəhənnəmdə yan, ifritə! Cəhənnəmdə yan, ey əclaf!"