02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İsrail Livanla tarixi sazişi imzalayıb

27.10.2022

Baş nazir Yair Lapid İsrailin danışıqlar qrupunun iştirakı ilə Livanla dəniz sərhədi ilə bağlı saziş imzalayıb.

"DM" xəbər verir ki, bu barədə İsrail hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

"Livanla dəniz sərhədinin demarkasiyasına dair sazişin imzalanması İsrailə Avropanın əsas qaz tədarükçüsünə çevrilməyə imkan verəcək”, - Lapid bildirib.

Artıq İsrail Energetika Nazirliyinin baş direktoru Liorom Şillatomun başçılıq etdiyi İsrail nümayəndə heyəti İsrail-Livan sərhədindəki Naqoura kəndinə yola düşüb. Burada ABŞ və BMT nümayəndələrinin iştirakı ilə ayrılıqda imzalanmış sənədlərin mübadiləsi baş tutacaq.