02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İranda iki SEPAH zabiti öldürülüb

27.10.2022

İranda etirazlar zamanı SEPAH-ın iki zabiti - mayor Əmir Kəməndi Tehranda, SEPAH-ın təhlükəsizlik və kəşfiyyat idarəsinin kapitanı Əli Nəzəri isə Həmədan əyalətinin Məlayer şəhərində ölüb.

"DM" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Hər iki zabitin etirazçılar tərəfindən qətlə yetirildiyi iddia edilir.

Həmədan əyaləti valisinin siyasi, ictimai və təhlükəsizlik məsələləri üzrə müavini Hüseyn Farsi Əli Nəzərinin qətlində şübhəli bilinən 8 nəfərin həbs edildiyini, zabitə atəş açan şəxsin isə qaçdığını və onun saxlanılması üçün axtarış aparıldığını deyib.