02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bozoyan: Nikol seçimini edib, Kreml buna dözməyəcək

27.10.2022

Bu gün Nikol Paşinyanın siyasəti kökündən dəyişib. Son 30 ildə Ermənistanın heç bir keçmiş prezidenti Rusiyanın maraqlarına qarşı çıxış etməyib.

"DM" xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

"Bütün hakimiyyət nümayəndələri daha çox rusiyayönümlü, daha az qərbyönlü siyasət aparmağa çalışıblar. Çünki Ermənistanın Rusiya kimi təhlükəsizlik çətiri var idi. Bu gün isə Ermənistan Qərblə Rusiya arasında qarşıdurma mərkəzlərindən birinə çevrilib. Nikol Paşinyan bunun onun üçün faydalı ola biləcəyini düşünür, amma yox. Bundan ancaq Azərbaycan qazanır, çünki müharibədə qalib gələn tərəfdir. Belə rəqabət yalnız qalib tərəf üçün faydalıdır. Belə çıxır ki, Nikol Paşinyan burada da uduzub. O, öz seçimini etdi, Qərbə gedir, Rusiya buna dözməyəcək”, - o bildirib.