02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Binəli Yıldırım qəzadan danışıb

27.10.2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Zəngilanda mənim, millət vəkili Şamil Ayrımın və mühafizəçinin olduğu avtomobil qəza keçirdi.

"DM" xəbər verir ki, bunu AKP-nin sədr müavini Binəli Yıldırım xəstəxanadan evə buraxılarkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qəza zamanı avtomobil bir neçə dəfə fırlanıb:

"Belə böyük qəzadan az zərərlə çıxdığımıza görə Allaha şükür edirik. Başımdan iki dəfə cərrahi əməliyyat olunmuşam. Bununla yanaşı, körpücük sümüyüm sınmışdı. Əməliyyat olundum. İki qabırğam sınıb, ancaq müdaxilə etmək olmur. Müəyyən zaman ərzində sağalacaq. Bədənimin müxtəlif yerlərində toxuma və əzələ əzimələri var. Bu da zamanla sağalacaq”.