25 08 2025-cu il Bakı 31 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İsrailin müdafiə naziri Atatürkün məqbərəsini ziyarət edib

27.10.2022

Türkiyədə səfərdə olan İsrailin müdafiə naziri Benni Qantz Atatürkün məqbərəsini ziyarət edib.

"DM" xəbər verir ki, bu barədə müdafiə naziri Tvitterdə yazıb.

"Türkiyəyə səfərimi Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün xatirəsinə ehtiram əlaməti olaraq məqbərəyə əklil qoymaqla başladım. Bu gün mən Türkiyə prezidenti Ərdoğan və müdafiə naziri Akarla görüşəcəyəm və onlarla ölkələrimiz arasında təhlükəsizlik əlaqələrinin məhsuldar şəkildə inkişafını müzakirə edəcəyəm.

Mustafa Kamal Atatürkün "Yurdda sülh, cahanda sülh” fikri dünyada tanınır. Anıtqəbir məqbərəsini ziyarət edərək mən öz ehtiramımı bildirirəm və bu nəcib məqsəd yolunda fəaliyyətimi davam etdirməyə sadiq olduğumu bəyan edirəm", - Qantz deyib.