06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sobçak Litvaya necə qaça bilib?

27.10.2022

Tanınmış rusiyalı jurnalist və teleaparıcı Kseniya Sobçak Litvaya İsrail vətəndaşı kimi daxil olub.

"DM" xəbər verir ki, bunu Litvanın Dövlət Təhlükəsizliyi Departamentinin direktoru Darius Yaunişkis deyib.

"Sobçak İsrail vətəndaşıdır, o, İsrail pasportu ilə Litvaya daxil ola bilər, viza tələb olunmur və burada 90 gün qala bilər”, - o bildirib.

Yaunişkis qeyd edib ki, Sobçakın Litvada olmasının milli təhlükəsizliyə təhdid yarada biləcəyinə dair konkret kəşfiyyat məlumatı yoxdur.

Qeyd edk ki, Sobçakın evində onun kommersiya direktoru Kirill Suxanovun saxlanılması ilə bağlı axtarış aparılmışdı. Daha sonra Sobçakın saxlanılması üçün əməliyyat başladılsa da, məlum olmuşdu ki, o, artıq Litvaya keçə bilib.