06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

27.10.2022

Bakı İdman Sarayında keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna hazırlıqlar davam edir.

"DM"-nın məlumatına görə, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycan daha əvvəl sərbəst güləş üzrə belə mötəbər yarışı qəbul etmişdisə, "klassik növ” üzrə bu, ilk olacaq: "Son bir aydır ki, təşkilati işlər davam edir. Bu gündən isə Bakı İdman Sarayında tikinti-quruculuq işlərinə başlayırıq. İlk olaraq İdman Sarayını güləş yarışları üçün uyğun hala gətirəcəyik. Yəni güləş xalçaları quraşdırılacaq. Daha sonra isə digər texniki qurğular, detallar hazırlanacaq. Böyük monitorlar, bilbordlar və digər lazımi ləvazimatlar yerləşdiriləcək”.

Qeyd edək ki, Dünya Kuboku noyabrın 5-6-da olacaq.