Suriya və İordaniya   sərhədi açdılar 
    
                          
     
                         15.10.2018
 
    
                        Suriya və İordaniya nəqliyyatın gediş-gəlişi üçün sərhədi açıblar.
"Dövran Media"nın məlumatına görə, bazar ertəsi Suriya-İordaniya sərhədində "Nəsib" nəzarət-buraxılış məntəqəsi yük və sərnişin avtomobillərinin hərəkəti üçün açılıb.
"An-Nashra" portalı yazır ki, sərhəd xidməti yerli vaxtla saat 08:00-dan işini bərpa edib.