06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəli hərbçilər liviyalı pilotlara təlim keçəcəklər

27.10.2022

Türkiyə milli müdafiə naziri Hulusi Akarla Liviyanın müdafiə naziri Əbdülhəmid Dibeybe iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində müqavilə imzalayıblar.

İki ölkə naziri İstanbulda təşkil edilən "Saha Expo 2022” müdafiə, aerokosmik və kosmik sənaye sərgisində bir araya gəliblər.

Daha sonra tərəflərin bağlı qapılar arxasında təkbətək görüşü olub.

Görüşdən sonra Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama ilə çıxış edib.

Açıqlamada qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri Liviyanın hərbi pilotlarına təlim keçəcək. Müvafiq razılıq Türkiyə ilə Liviyanın müdafiə nazirləri arasında baş tutan görüşdə əldə edilib.

Mənbə: Msn.com