06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Avropaya təcili bu nüvə silahını yerləşdirir

27.10.2022

ABŞ NATO-nun Avropadakı bazalarına təkmilləşdirilmiş B61-12 taktiki bombalarının yerləşdirilməsini sürətləndirməyə qərar verib.

"DM" xəbər verir ki, bu barədə "Politiko” qəzeti məlumat yayıb.

Məlumata görə, NATO-nun Brüsseldə keçirilən qapalı iclasında ABŞ rəsmiləri bombaların planlaşdırılan vaxtdan tez, yəni dekabrda çatdırılacağını bildirib. Ancaq ilkin plana görə, onların 2023-cü ilin yazında Avropaya yerləşdirilməsi nəzərdə tutulurdu.

Pentaqonun sözçüsü Patrik Rayder məsələ ilə bağlı nəşrə ABŞ-ın nüvə arsenalı məsələsini ətraflı müzakirə etmək niyyətində olmadığını bildirib:

"B61 proqramı çərçivəsində modernləşdirmə uzun illərdir ki, davam edir və köhnə silahlar daha müasir silahlarla əvəzlənir”.

Pentaqon hərbçiləri prosesin sürətləndirilməsinin Ukraynadakı hadisələrlə heç bir əlaqəsi olmadığını bildirib.