04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya XİN rəhbəri: “İkitərəfli münasibətlər davam edə bilməz”

26.10.2022

Almaniya İrandakı vəziyyət fonunda Tehrana qarşı ikitərəfli səviyyədə tədbirlər görülməsi barədə qərar qəbul edib.

Bunlara iqtisadiyyat və enerji sahələrində dialoqun dayandırılması, diplomatik və xidməti pasport sahiblərinə, o cümlədən Aİ-nin sanksiyalar siyahısına daxil edilmiş İran təşkilatlarının nümayəndələrinə viza verilməsinin məhdudlaşdırılması daxildir.

Bu barədə jurnalistlərə Almaniyanın xarici işlər naziri Annalena Berbok məlumat verib.

"Vətəndaşlarına bu qədər qeyri-insani davranan bir dövlətlə ikitərəfli münasibətlərin normal davam etməsi mümkün deyil”, - deyə Berbok qeyd edib.

"Avropalı tərəfdaşlarımızla başlatdığımız insan haqlarının pozulmasına dair sanksiyalar yalnız ilk addım idi. Hazırda ikitərəfli əlaqələrimizi adaptasiya edirik və dörd sahədə yeni tədbirlərin görülməsi ilə bağlı işlər aparırıq”, - deyə o əlavə edib.

Nazir iddia edib ki, İranda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyanlar gec və ya tez cavab verəcəklərini başa düşməlidirlər.

"Bu baxımdan biz İrandakı vəziyyətin beynəlxalq gündəmdə qalmasına və pozuntularla bağlı sübutların toplanacağına əmin olmalıyıq”, - deyə nazir vurğulayıb.

Mənbə: TASS