29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şeyx bu barədə suallara cavab verməkdən boyun qaçırıb

26.10.2022

Azərbaycan Yazıçılar Birliyinin XIII Qurultayına Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də qatılıb.

"DM" xəbər verir ki, Qurultay ərzində şeyx Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla birlikdə Akademik Milli Dram Teatrında iki nəfərlik yerdə əyləşib. Toplantıya dörd nəfər mühafizəçinin müşayiəti ilə qatılan Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırmaqdan qaçınıb.

Bir müddət əvvəl Qarabağın İranın fətvası ilə alındığını deyən şeyxə dedikləri xatırladılıb, İranın bugünkü anti-Azərbaycan siyasəti barədə sual ünvanlansa da, o susqunluğunu pozmayıb.