“Mersedes” Rusiyanı rəsmən tərk edib  
    
                          
     
                         26.10.2022
 
    
                        Almaniyanın "Mersedes-Benz” şirkəti Rusiya bazarını rəsmən tərk edib.
"DM" xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, şirkət Moskvadakı zavodu da daxil olmaqla, törəmə şirkətlərindəki səhmləri "Avtodom” dilerinə satmaq niyyətini təsdiqləyib.
Xatırladaq ki, avqust ayında "Mersedes-Benz”in Moskvadakı avtomobil zavodunu satmaq niyyətində olduğu xəbəri yayılmışdı.