29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Torosyan: Bakının qarşısını nə ilə alacaqsınız?

26.10.2022

Qarabağ erməniləri Bakı ilə dil tapmalıdır. Qərbdən gələn tezislərə uyub nəyinsə dəyişəcəyinə ümüd etmək axmaqlıq olar.

"DM" xəbər verir ki, bu fikirləri "Pressinq” verilişinin efiri zamanı tanınmış erməni siyasətçi, Ermənistan parlamentinin keçmiş spikeri Tiqran Torosyan deyib.

"Biz kor-koranə Qərbə tərəf gedəndə nə olduğunu gördük... Ukrayna bunun əyani sübutudur. Kiyev Qərb tərəfindən o qədər qızışdırıldı, amma sonda döyüş meydanında ruslarla üzbəüz qalan Ukrayna əsgərləri oldu. Bütün Qərb dövlətləri dedi ki, biz yalnız Ukraynaya silah-sursat verə bilərik, ruslarla birbaşa döyüşməyəcəyik. İndi isə müharibə son Ukrayna əsgərinə qədər davam edəcək...

Hazırda Qərbdən Ermənistandakı bəzi qüvvələrə siqnallar gəlir. Amma biz ayıq olmalıyıq. Bakının qarşısını Minsk Qrupu ilə almaq istəyirsiz? Köməyi olmayacaq. Beynəlxalq münasibətlərdə rolumuz sıfırdır. Azərbaycan isə Avropanın enerji böhranında güvəndiyi ölkədir”, - deyə o qeyd edib.