29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Erməni spiker: Paşinyan Soçiyə gedəcək

26.10.2022

Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Soçiyə yola düşəcək.

"DM" "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə deyib.

"Bəli, məlumatıma görə Baş nazir Soçiyə gedəcək. Düşünürəm ki, görüş baş tutacaq”, - Simonyan bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı və Azərbaycan Prezidenti İlham Əliyevi Rusiyada üçtərəfli görüş dəvət etmişdi.