Reznikov: Ukrayna Xersonda bütün körpülərə nəzarət edir 
    
                         .jpg) 
     
                         26.10.2022
 
    
                        Ukrayna hərbçiləri Xersondakı Dnepr çayı üzərindəki bütün körpülərə nəzarət edir.
"DM" Unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov Fox News telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu səbəbdən Rusiya qoşunları Xersonu tərk edə bilmir və ağır vəziyyətdə qalıblar.
"Rusların küçə döyüşləri aparmasına inanmıram. Onlar üçün Xersonda qalmaq risklidir, çünki İzyumda olduğu kimi buradan da qaça bilməyəcəklər”, - o deyib.