29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya görüşöncəsi Bakıya təzyiq edir

26.10.2022

Fikrimcə, Rusiyanın bəzi media orqanlarında əleyhimizə səsləndirilən ittihamlar yüksək səviyyədə üçtərəfli görüşə (planlaşdırılan Əliyev-Putin-Paşinyan görüşü nəzərdə tutulur – red.) hazırlıqların aparıldığı ərəfədə tərəflərə təzyiq məqsədi güdür.

Bu sözləri  Rusiyanın dövlət kanallarında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatların sayının artması haqda danışan politoloq Fərhad Məmmədov deyib.

Politoloq bu kampaniyanın Rusiyanın öz mövqelərinə zərbə vuracağını bildirib:

"Sözügedən media orqanlarında bir tərəfdən Paşinyanın qərbyönümlülüyü tənqid edilir, digər tərəfdən isə separatçıların subyekt kimi qəbul olunması istiqamətində iş aparılır. Bəlkə də Ukraynadakı müharibədən əvvəl atılan belə addımların hansısa "səmərəliliyi” ola bilərdi. Ancaq hazırki məqamda bu, heç nəyi dəyişə bilməz. Azərbaycan bəhs etdiyimiz təxribata sərt nota ilə cavab verdi. Ermənistanda isə artıq bir neçə aydır ki, Rusiya əleyhinə ciddi kampaniyalar aparılır, hətta KTMT-dən çıxmaq məsələsini ölkə parlamentində müzakirəyə çıxarmaq istəyən qruplar var. Bütün bunlar onu göstərir ki, Rusiyanın Cənubi Qafqazdakı resursları və təzyiq imkanları azaldıqca, bölgədə güvəndiyi qüvvələrin də hərəkət imkanları kiçilir. Diqqət yetirin, əgər əvvəllər Rusiya bölgədəki siyasətini Ermənistanın üzərindən həyata keçirirdisə, indi demək olar ki, əlində qalan Qarabağdakı separatçı tör-töküntülərdir. Baş verənlər və Rusiyanın əl atdığı metodlar onun getdikcə zəifləməsinin təsdiqidir.

Rusiyada media vasitəsilə aparılan kampaniya isə əks nəticə verəcək və bölgədə Kremlə qarşı mənfi münasibət, etiraz getdikcə yüksələcək”.