29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rus kanalından Bakıya qarşı növbəti təxribat – Video

25.10.2022

Rusiyanın dövlət telekanalı "Rossiya 24” "Birinci” kanalının ardınca Bakıya qarşı növbəti təxribat dolu reportaj yayımlayıb.

"DM"-nın məlumatına əsasən, telekanalın Ermənistanla bağlı reportajında Azərbaycana qarşı əsassız ittihamlar irəli sürülüb.

Süjetdə danışan erməni əsilli rusiyalı ekspertlər Semyon Baqdasarov və Ayk Xalatyan Azərbaycanın milli maraqlarına tam zidd olan absurd fikirlər səsləndirib.

Süjetdə həmçinin qeyd olunur ki, guya Azərbaycan tərəflər arasındakı bütün razılaşmaları pozur və hətta "Amerika ilə əlbir olaraq Rusiyaya qarşı çıxır”.

Rusiya kanalı reallığı bir kənara qoyaraq (əslində məhz İrəvan bütün dünyanın gözü önündə Rusiyanı Qərbin vədlərinə satıb. Məhz Ermənistanda bu günə qədər Soros fondu ən böyük fond olaraq fəaliyyət göstərir, məhz İrəvanda dünyanın ən böyük Amerika səfirliyi yerləşir, məhz Ermənistanda ABŞ-ın böyük biolabaratoriyaları dayanmadan çalışır. Məhz İrəvanın təkidi ilə Azərbaycan ilə sərhəddə AB missiyası və ATƏT hərbi müşahidəçiləri yerləşdirilib) Azərbaycanı günahlandırmaq istəyir.