09 10 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ermənistan parlamentində KTMT-dən çıxmaqla bağlı müzakirə aparıla bilər

25.10.2022

Ermənistanın KTMT-dən çıxması ilə bağlı ölkə parlamentində dinləmələr keçirilə bilər.

"DM” xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” nəşri yazıb.

Bildirilib ki, dörd gün əvvəl, oktyabrın 21-də "KTMT-dən Çıxma Assosiasiyası” təşəbbüs qrupu Ermənistan parlamentinin spikeri Alen Simonyana "Ermənistanın təhlükəsizlik məsələləri” mövzusunda parlament dinləmələrinin təklifi ilə müraciət göndərib. Təkliflər sırasında həmçinin Ermənistanın KTMT-dən çıxması tələbi irəli sürülüb.

"Bu gün Ermənistan vətəndaşlarını ən çox təhlükəsizlik və müttəfiqlik münasibətlərinin cari və gələcək mövqeyi narahat edir. Ona görə də biz bu müzakirəni zəruri hesab edirik”, - qəzet müraciətdən belə bir iqtibas gətirib.