25 08 2025-cu il Bakı 27 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Ukraynada müharibədə daha bir azərbaycanlı hərbçi həlak olub - FOTO

25.10.2022

Ukraynada müharibədə daha bir Azərbaycan əsilli hərbçi həlak olub. Orucov Rəşad Əliqulu oğlu oktyabrın 24-də Xmelnitsk vilayətində son mənzilinə yola salınıb. Onun dəfnində yüzlərlə şəhər sakini iştirak edib.

Şəhər meri Aleksandr Simçişin 33 yaşlı cəsur döyüşçünün valideynlərinə əsl qəhrəman yetişdirdiklərinə görə təşəkkür edib, ailəsinə və yaxınlarına başsağlığı verib.

"O, ölkəmizi məhv etməyə gələn şər ruhlardan qoruyarkən həyatını qurban verdi. Rəşad çox ləyaqətli insan idi”, - deyə mer vurğulayıb.

Qeyd edək ki, Rəşad Orucov idmançı idi və tez-tez yarışlara qatılırdı. Üç övlad atası olub. 

Xatırladaq ki, ötən həftə Ukraynada Rusiyaya qarşı müharibədə iştirak edən Vahid Əzim oğlu Əzizov Luqansk cəbhəsindəki döyüşlərdə həlak olub.





Mənbə: Armiaİnform