01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan XİN BMT-ni təbrik edib

24.10.2022

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) yaranmasının 77-ci ildönümü münasibətilə BMT-ni təbrik edib.

"DM" xəbər verir ki, bu barədə XİN-in Tvitter səhifəsində paylaşım edilib.

Bildirilib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan fəal və etibarlı üzv kimi BMT mexanizmlərinin əzmkar tərəfdarı olub. "Azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin, eləcə də davamlı inkişafın qorunması üçün bütün səylərini göstərib”, - paylaşımda bildirilib.

Xatırladaq ki, BMT 1945-ci il oktyabrın 24-də beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə yaradılıb.