01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə Əhməd Cavadla bağlı kitab nəşr olunub

24.10.2022

Türkiyənin Dənizli şəhərində yeni fəaliyyətə başlayan "Yaşıl Kayın Yayınları” mətbəəsi Azərbaycanın istiqlal şairi Əhməd Cavad haqqında kitab nəşr edib.

Mətbəənin rəhbəri Səməd Öndərin  verdiyi məlumata görə, kitab mətbəənin ilk nəşridir.

"Oyan” adlı kitabda mərhum şairin şeirləri Anadolu türkcəsinə çevrilərək dərc olunub.

Kitab Səməd Öndər və Məleykə Karateke tərəfindən hazırlanıb. Səməd Öndərin sözlərinə görə, kitab artıq bütün kitab mağazalarında satışda var. Eyni zamanda kitabı internet üzərindən də sifariş etmək mümkündür.

Xatırladaq ki, Türkiyədə iki dəfədir Əhməd Cavadla bağlı belə bir kitab dərc edilir.