19 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Güləşçimiz qızıl medal QAZANIB

15.10.2018

Azərbaycan güləşçisi Turan Bayramov Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Xəbər verildiyi kimi,  Olimpiadada 65 kiloqram çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz "A” qrupunda yarışıb.
Dünya və Avropa çempionu ilk görüşdə Yeni Zelandiya təmsilçisi Tahi Pehi Eynsli Uesterlini elə ilk hissədə çətinlik çəkmədən məğlub edib. İdmançımız Pakistan güləşçisi İnayət Ullaha da rahatlıqla qalib gəlib və "A” qrupunda birinci yeri tutub.
Olimpiadanın finalına vəsiqə qazanan güləşçimiz qızıl medal uğrunda görüşdə "B” qrupunun qalibi olan iranlı pəhləvan Məhəmməd Baqi Kərimiseyfabad ilə qarşılaşıb. Rəqibini məğlub edən T.Bayramov Olimpiya çempionu olub.
Hazırda Azərbaycan millisinin hesabında 2 qızıl, 1 gümüş və 2 bürünc medal var.
Azərbaycana ilk qızıl medalı Olimpiadada 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Vüqar Talıbov qazandırıb. Ağır atletimiz Tarmenxan Babayev (85 kq) gümüş, taekvondoçumuz Cavad Ağayev (63 kq) və güləşçimiz Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olublar.
Bədii gimnastımız Yelizaveta Luzanın komanda yarışlarında qazandığı qızıl medal isə qarışıq yığmaların hesabına yazılıb.