06 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sumqayıtda qədim mağaralar tapılıb

24.10.2022

"Stansiya Sumqayıt” yaşayış massivində mağaralar tapılıb.

"DM" Trend-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı açıqlama verən Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli bildirib ki, hazırda mağaraların aşkar edildiyi "stansiya Sumqayıt" deyilən ərazidə kəşfiyyat axtarış işləri Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional İdarəsi tərəfindən davam etdirilir.

O qeyd edib ki, əməkdaşlarımızın əldə etdiyi məlumatlara görə ərazidə mağaralarla yanaşı karvansaranın qalıqları da mövcud olub.

Ümumilikdə həmin ərazidə kompleks tədqiqatların aparılmasına ehtiyac var.

Qısa zamanda əraziyə arxeoloqlarla birgə baxış keçirilməsi nəzərdə tutulur.