06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sabah hava necə olacaq?

24.10.2022

Azərbaycanda oktyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində bəzi yerlərdə fasilələrlə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13-15, gündüz 16-18, Bakıda gecə 13-15, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-70% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 16-21, dağlarda gecə 1-5, gündüz 8-13 dərəcə isti olacaq.